İranda parlament iclasları ləğv edilib

İranda parlament iclasları  ləğv edilib backend

Mövcud təhlükəsizlik şəraiti səbəbindən parlamentin həm qapalı, həm də plenar iclaslarının ənənəvi formada keçirilməsi demək olar ki, mümkün deyil.

Qaziler.az xəbər verir ki, bu barədə iyunun 10-da İran Ali Milli Təhlükəsizlik Şurası parlamentin iclaslarının keçirilməsi ilə bağlı açıqlama yayıb.

Şura qeyd edib ki, ölkədəki vəziyyət parlament iclaslarının plenar şəkildə keçirilməsi üçün əlverişli deyil və bu səbəbdən media tərəfindən parlamentin “buraxılması” kimi iddiaların yayılmaması tövsiyə olunur.

Məlumatda vurğulanıb ki, mövcud müharibə şəraiti və təhlükəsizlik riskləri fonunda millət vəkillərinin bir yerdə toplanması potensial təhlükə yarada bilər. Buna görə də iclasların məhdud formatda və ya alternativ üsullarla keçirildiyi bildirilib.

QAZİLER.AZ