Ankara və Sofiya Türkiyə-Bolqarıstan sərhədində yeni keçid məntəqəsinin tikintisi ilə bağlı razılığa gəlib.
Qaziler.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əlaqəlilik və nəqliyyat məsələləri Türkiyə-Bolqarıstan əməkdaşlığının əsas istiqamətidir.
"Bu sahələrdə infrastruktur təkcə ölkələrimiz üçün deyil, həm də Orta Dəhliz, regionumuz və Avropanın təchizat zəncirləri üçün kritik əhəmiyyət daşıyır. Bununla əlaqədar Avropanın ən işlək sərhəd keçid məntəqəsi olan Kapıkulenin şimalında yeni sərhəd məntəqəsinin tikintisinə dair ortaq qətiyyətimizi təsdiqləmişik. Biz həmçinin sərhəd məntəqələrimizin buraxılış qabiliyyətinin artırılması, eləcə də regional əlaqəliliyin gücləndirilməsinə töhfə verəcək avtomobil və dəmir yolu nəqliyyatı sahəsində layihələrin həyata keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparmışıq", - Fidan bildirib.



