BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ və İran arasında tam atəşkəsin təmin olunmasına və Hörmüz boğazında gəmiçiliyin bərpa edilməsinə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə BMT rəhbəri “X” sosial media hesabında paylaşım edib.
"Hörmüz boğazında və onun ətrafında naviqasiya hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlər bütün dünyada çətinliklər və qeyri-sabitlik yaradır. Dünyaya tam atəşkəs və beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik sahəsində hüquq və azadlıqların bərpası lazımdır", — deyə o yazıb.
QAZİLER.AZ



