Küveyt İran hücumlarından sonra hava məkanını açıb

Küveyt İran hücumlarından sonra hava məkanını açıb backend

Küveyt ölkə ərazisindəki Amerika obyektlərinə İranın endirdiyi zərbələr səbəbindən müvəqqəti olaraq bağlanmış hava məkanında aviasiya əlaqəsinin normal rejimə qayıtdığını elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə Mülki Aviasiya Baş İdarəsi rəsmi “X” sosial media hesabında məlumat dərc edib.

"Mülki Aviasiya Baş İdarəsi əvvəlki qabaqlayıcı tədbirlərin görülməsinə səbəb olan şərait aradan qaldırıldıqdan sonra Küveytin hava məkanında hərəkətin normallaşdığını elan edir", — deyə dərc olunmuş press-relizində bildirilib.

Həmçinin Küveyt Beynəlxalq Hava Limanının normal fəaliyyəti bərpa olunub, təyyarələrin qəbulu və yola salınması cədvəldə nəzərdə tutulmuş rejimdə həyata keçirilir.

Məlumatda qeyd olunur ki, ölkə rəhbərliyi hava məkanında ən yüksək təhlükəsizlik səviyyəsini təmin etmək üçün həm Küveyt daxilindəki, həm də xaricindəki müvafiq orqanlarla fəaliyyəti gecə-gündüz əlaqələndirərək vəziyyəti yaxından izləyir.

QAZİLER.AZ