Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun müavini ilə görüşmək istəyən Almaniya, Fransa və Böyük Britaniya səfirləri nazirlik binasına gəliblər.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin məlumatına görə, ötən gün Lavrov Almaniya, Fransa və Böyük Britaniya səfirlərinin Rusiya xarici işlər nazirinin müavini ilə görüşmək xahişi ilə müraciət etdiklərini bildirmişdi.
Bundan əvvəl "Avropa üçlüyü" ölkələrinin liderləri Ukraynada sülhün əldə olunması üçün şərtlər açıqlamışdılar. Sənədin birinci bəndində onlar Rusiya Prezidenti Vladimir Putini dərhal və tam şəkildə atəşkəs rejiminə razı olmağa çağırırlar. Daha sonra "Avropa üçlüyü" təhlükəsizliyin təminatını tələb ediblər.
QAZİLER.AZ



