Barak Obama qızının fotosunu paylaşdı - FOTO 

Barak Obama qızının fotosunu paylaşdı - FOTO  backend

ABŞ-nin sabiq prezidenti Barak Obama qızının fotosunu nümayiş etdirib.

Qaziler.az xəbər verir ki, siyasətçi Saşanın doğum günündə onunla birlikdə çəkilmiş şəklini “intagram” hesabında paylaşıb.

"Sənin 25 yaşının tamam olduğuna inana bilmirəm. Zaman, həqiqətən də, sürətlə keçir. Bu gün fəxr etdiyimiz bir qadına çevrilməyini izləmək çox xoş idi", - deyə o yazıb.

Obamanın qızının tam adı Nataşa Obamadır. O, 2019-cu ilin mayında böyük bacısı Maliya kimi Vaşinqtondakı "Sidwell Friends" özəl məktəbini bitirib. Daha sonra isə ailə ənənəsini pozaraq Miçiqan Universitetinə daxil olub.

QAZİLER.AZ