Pentaqon rəhbəri Kuba Prezidentinin qaçırıla biləcəyini istisna etmədi

Pentaqon rəhbəri Kuba Prezidentinin qaçırıla biləcəyini istisna etmədi backend

ABŞ Kuba Prezidenti Migel Dias-Kanelin qaçırılması variantını nəzərdən keçirir.

Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərə açıqlaması zamanı bildirib.

Vaşinqtonun Kuba liderinin qaçırılmasına yol verib-vermədiyi barədə suala cavab verərkən o, "Bütün variantlar masadadır", - deyib.

Bununla yanaşı, Heqset əlavə edib ki, mümkün addımlarla bağlı yekun qərarı ABŞ prezidenti verəcək.

Birləşmiş Ştatlar son aylarda Kubaya qarşı siyasi və iqtisadi təzyiqləri gücləndirib. Amerika lideri ölkəni açıq şəkildə "qeyri-dost çevrilişlə" hədələyib. Mart ayında Ağ Ev rəhbəri yaxın vaxtlarda adada hakim rejimin dəyişəcəyini bildirib. O, respublikanın onun əlində olduğunu qeyd edib.

QAZİLER.AZ