Alman briqadası Litvada ilk təlimlərini keçirir

Alman briqadası Litvada ilk təlimlərini keçirir backend

Litvadakı yeni alman tank briqadası Baltikyanı ölkədə ilk döyüş təlimini keçirir.

Qaziler.az bildirir ki, bu barədə DW məlumat verib.

Komandir Kristof Quber qeyd edib ki, Pabradadakı təlim döyüş hazırlığı istiqamətində mühüm addımdır.

Quber qeyd edib ki, bölmə Ukraynadakı hadisələrdən dərs çıxarır və keçmiş müharibələrə deyil, gələcək münaqişə ssenarilərinə hazırlaşmalıdır.

Qeyd olunur ki, Almaniya bu briqadanı Rusiyadan artan təhlükəyə cavab olaraq yaradıb.

2027-ci ilə qədər bölmənin təxminən 4800 əsgər və 200 mülki heyətdən ibarət tam heyətinə çatması gözlənilir.

Litva Rusiyanın müttəfiqi olan Belarus və Rusiyanın Kalininqrad anklavı ilə həmsərhəddir.

QAZİLER.AZ