Fransa Prezidenti Emmanuel Makron 15-17 iyun tarixlərində Fransanın cənub-şərqindəki Evian şəhərində keçiriləcək Yeddilik Qrupunun (G7) sammitinin iştirakçılarını elan edib.
Qaziler.az bildirir ki, bu barədə məlumatı TASS xəbər verir.
Parisdə keçirilən mətbuat konfransında Makron G7 sammitinin iştirakçılarını elan edib və dörd Yaxın Şərq ölkəsindən, eləcə də Asiya, Afrika və Cənubi Amerika ölkələrindən nümayəndələrin iştirak edəcəyini bildirib.
16 iyunda G7 liderləri Hörmüz boğazında gəmiçilik və İranın nüvə və raket proqramları ilə əlaqədar vəziyyətlə bağlı işçi görüş keçirəcəklər.
Onlar həmçinin ABŞ və İsrailin İrana qarşı müharibəsinin digər ölkələrin iqtisadiyyatına təsirini müzakirə edəcəklər. Makron əlavə edib ki, "Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri bu görüşə qatılacaq"..
QAZİLER.AZ



