Tramp İranı təhdid edib

Tramp İranı təhdid edib backend

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti Vaşinqtonla böhranın həlli üzrə danışıqları təxirə salıb və bu cür hərəkətlərin nəticələri ilə üzləşməlidir.

Tramp Truth Social-da yazıb: "Onlar üçün əla olacaq bir razılaşmanı müzakirə etmək üçün çox vaxt itirdilər, indi bunun bədəlini ödəməlidirlər!"

Eyni zamanda, o, İranın silahlı qüvvələrinin nizamsız vəziyyətdə olduğunu və İran Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin tamamilə məğlub edildiyini əminliklə bildirib. "Onlar tamamilə məğlub olublar", - deyə prezident vurğulayıb.

 

İran-ABŞ münaqişəsi ABŞ ordusunun Hörmüz boğazında Qeşm adasına və İran sahili boyunca hava hücumundan müdafiə obyektlərinə hücum etməsindən və Apaçi helikopterinin vurulmasında İranı günahlandırmasından sonra daha da şiddətlənib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu da öz növbəsində ABŞ-ın Hörmüz boğazındakı İran sahillərinə və adalarına endirdiyi zərbələrə cavab olaraq 21 Amerika hədəfinə hücum edərək onlardan dördünü məhv etdiyini açıqlayıb. Məlumata görə, İranın Yaxın Şərqdəki ABŞ ilə əlaqəli hədəflərə endirdiyi zərbələrin 70%-ni uğurlu olub.