Hindistanda fil oğlunu məktəbə aparan qadını tapdalayıb.
Hindistanda fil oğlunu məktəbə aparan 37 yaşlı qadını tapdalayaraq öldürüb.
Qaziler.az bildirir ki, bu barədə "The Print" məlumat verib.
Faciəvi hadisə 8 iyun səhər tezdən Kerala ştatının Çinakkanal şəhərində baş verib. Mari adlı yerli qadın oğlunu avtobus dayanacağına aparmaq üçün evindən çıxıb, lakin qəfildən onların yolunda vəhşi fil peyda olub. Sıx duman və güclü yağış səbəbindən fili vaxtında görə bilməyiblər.
Aqressiv heyvan dərhal hücum edib. Qadın ölümcül xəsarətlər alıb və oğlu yaxınlıqdakı xəstəxanaya aparılıb.
Hadisə yerli sakinlərin sərt etirazına səbəb olub. Onlar cəsədi yarılma üçün təhvil verməkdən imtina ediblər və hakimiyyət orqanlarından bölgədəki vəhşi fil hücumları problemini birdəfəlik həll etməyi tələb ediblər.
QAZİLER.AZ



