Azərbaycanlıların 80%-i Türkiyənin Rusiya təyyarəsini vurmasını doğru addım kimi qiymətləndirir. Bu nəticə Axar.az-ın keçirdiyi elektron sorğudan sonra əldə olunub. “Türkiyənin Rusiya təyyarəsini vurmasına münasibətiniz” sualına 3402 respondentdən yalnız 16%-i Rusiyanın mövqeyini müdafiə edərək, Su-24 insidentinə mənfi münasibət göstədiyini bildirib. 3% şəxs isə ümumiyyətlə, bu prosesin onlar üçün maraqlı olmadığını bəyan edib.
Qeyd edək ki, noyabrın 24-də Türkiyə hərbçiləri ölkə sərhədlərini pozan Rusiyaya məxsus Su-24 təyyarəsini məhv ediblər. Bu hadisə iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Artıq Moskva Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq edib. Kreml öz mövqeyindən Türkiyə üzr istəyənə qədər geri çəkilməyəcəyini bəyan edib.