Finlandiya Prezidenti Ukrayna üzrə ideal vasitəçilərin adlarını açıqlayıb

Finlandiya Prezidenti Ukrayna üzrə ideal vasitəçilərin adlarını açıqlayıb backend

Finlandiya Prezidenti Aleksander Stubb Avropa İttifaqı (AB) ilə Rusiya arasında vasitəçi roluna iddialı olmadığını bəyan edib. O, mətbuat konfransında bunun üçün daha böyük oyunçuların olduğunu bildirib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

"Şəxsən özümü bu işdə təmsilçi hesab etmirəm. Hesab edirəm ki, bu prosesə böyük oyunçuların, yəni Fransa, Almaniya və Böyük Britaniyanın rəhbərlik etməsi vacibdir", - deyə o qeyd edib.

Bununla belə, Stubb vurğulayıb ki, Finlandiya və ya Norveç Ukrayna üzrə danışıqları arxa planda irəli apara bilərlər. Finlandiya rəhbəri diplomatik danışıqlara başlamaq üçün Avropanın Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamasının vaxtı çatdığını diqqətə çatdırıb.

QAZİLER.AZ