Avstraliyada minlərlə vəhşi atın odlu silahla məhv edilməsinə başlanılır

Avstraliyada minlərlə vəhşi atın odlu silahla məhv edilməsinə başlanılır backend

Avstraliya hakimiyyəti Kosyuşko Milli Parkında "brumbi" cinsindən olan vəhşi atların vertolyotlardan odlu silahla kütləvi şəkildə məhv edilməsinə başlayır.

Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Əməliyyat sayı 16 minə çatan at populyasiyasını azaltmağa yönəlib. Rəsmi şəxslərin bildirdiyinə görə, bu heyvanlar bölgənin həssas ekosisteminə ciddi ziyan vurur.

Sözügedən qərar heyvan hüquqları müdafiəçilərinin şiddətli müqavimətinə səbəb olub. Atların vurulmasına qarşı başladılan petisiya sosial şəbəkələrdə təxminən 220 min imza toplayıb. Fəallar bu üsulu "tamamilə barbarlıq", qeyri-insani və qeyri-şəffaf adlandırır, "brumbi" atlarının avstraliyalılar üçün mədəni və tarixi dəyərə malik olduğunu israr edirlər.

Buna baxmayaraq, təbiəti mühafizə idarələri artan populyasiyanın yerli bitki örtüyünə və torpağa vurduğu ziyanın elmi sübutlara söykəndiyini təkid edirlər.

Atların odlu silahla məhv edilməsi prosesi iyunun sonuna qədər davam edəcək. Bununla paralel olaraq alternativ üsullar da - tutularaq başqa yerə köçürülmə və atların artımının nəzarətə götürülməsi prosesi də nəzərdən keçirilir.

QAZİLER.AZ