ABŞ Prezidenti Donald Tramp İran ərazisinə yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazır olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Kanal qeyd edir ki, Amerika silahlı qüvvələri İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endirə bilər.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, İran hakimiyyəti ABŞ ilə münaqişənin nizamlanmasına dair danışıqları gecikdirib və indi onlar buna görə "bədəl ödəməli" olacaqlar. Lakin bir gün əvvəl siyasətçi Vaşinqton və Tehranın münaqişənin nizamlanması barədə iki-üç günə razılığa gələ biləcəyini iddia edirdi.
Bir gün öncə ABŞ Hörmüz boğazı yaxınlığında Amerikanın "AH-64 Apache" helikopteri ilə bağlı baş verən insidentdən sonra İrana zərbələr endirməyə başlayıb. ABŞ Prezidenti bildirib ki, Vaşinqton baş verənlərə cavab verməli idi. Zərbələrin hədəfləri İranın HHM sistemləri, radiolokasiya stansiyaları və pilotsuz uçuş aparatlarının idarəetmə obyektləri olub. İranda isə Hörmüzqan əyalətində partlayışların baş verdiyini xəbər veriblər və ABŞ-nin addımlarına cavab verəcəklərini vəd ediblər.
QAZİLER.AZ



