İran Yaxın Şərqdəki ABŞ bazalarına hücum zamanı nəzərdə tutulan hədəflərin 70%-ni vurub.
Qaziler.az xəbər verir ki, bu barədə İranın “Fars News Agency” xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
"Bugünkü əməliyyat zamanı hədəflərin yetmiş faizi uğurla vurulub", — deyə məlumatda bildirilir.
Agentlik bildirib ki, İranın ballistik raketləri və pilotsuz uçuş aparatları ABŞ-nin İordaniyadakı "Əl-Azraq", Küveytdəki "Əli əs-Saləm" bazalarında və Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazasında quraşdırılmış hava hücumundan müdafiə (HHM) sistemlərini yarıb keçə bilib.
QAZİLER.AZ



