Çinin Quanqdonq əyalətində baş verən sürüşmə zamanı itkin düşənlərin sayı 91-ə çatıb. Axar.az Sinxua agentliyinə istinadən xəbər verir ki, axtarışı davam edənlərdən 59-u qadındır.
Xatırladaq ki, bölgədə baş verən sürüşmə zamanı 33 bina çöküb. 60 min kvadrat metrlik ərazidə hündürlüyü 6 metrə qədər olan çatlar meydana gəlib.Bölgədə 1500-dən çox axtarış-xilasetmə qrupları çalışır.