Avropa İttifaqı (AB) bu məsələdə yekdil mövqe olmadığı üçün İsrailə qarşı sanksiyaları sərtləşdirmir.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
"Bizdə birlik yoxdur. Mən daim soruşulduğunu eşidirəm: “Niyə Rusiya və Ukrayna məsələsində vahid mövqeyiniz var, amma İsrail məsələsində eyni yanaşma yoxdur?” Tarixi səbəblərə görə: vəziyyətə fərqli baxışı olan ölkələr mövcuddur və vahid mövqeyə nail olmaq son dərəcə çətindir", - deyə o, İrlandiyanın RTE telekanalına müsahibəsində bildirib.
Müsahibəni aparan jurnalist sanksiyaların sərtləşdirilməsini dəstəkləyən ölkələrə nümunə kimi İrlandiya, İspaniya və Sloveniyanı göstərib. Kallas cavabında bu mövqedə yalnız həmin üç dövlətin olmadığını və "daha çox şey tələb edən daha çox ölkənin" olduğunu bəyan edib.
Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, tezliklə Avropa Komissiyası İsrailə qarşı yeni tədbirlər təklif edəcək, onun fikrincə, onların qəbul edilməsi çətin ki, baş tutsun. Jurnalistin bu vəziyyətin Avropa İttifaqını zəiflədib-zəiflətməməsi ilə bağlı sualına cavab olaraq rəsmi şəxs bunun "məyusluq doğurduğunu" bildirib.
QAZİLER.AZ



