Lyayen Ukraynaya 9 milyard avro ayıracağına söz verdi

Lyayen Ukraynaya 9 milyard avro ayıracağına  söz verdi backend

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen iyunun sonunadək Ukraynaya 9 milyard avro veriləcəyini vəd edib.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

“Biz Ukrayna fondundan Ukraynaya təxminən üç milyard avro köçürmüşük. Və bu ay Ukraynaya ayrılan 90 milyard avroluq kredit çərçivəsində ilk tranşı ayıracağıq. Beləliklə, ayın sonunadək Ukraynaya pilotsuz uçuş aparatları (PUA) üçün 6 milyard avro və 3 milyard avrodan çox makromaliyyə yardımı təqdim edəcəyik. Əlbəttə ki, tezliklə yeni tranşlar da gələcək”, - deyə o qeyd edib.

Fon der Lyayen həmçinin vurğulayıb ki, yaxın vaxtlarda Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması yolunda ilk klaster açılacaq ki, bu da həmin ölkələrin Aİ-yə qoşulması barədə rəsmi danışıqlara start verəcək.

QAZİLER.AZ