ABŞ İrana qarşı müharibədə təkcə hərbi deyil, həm də strateji qələbə qazanmalıdır.
Qaziler.az xəbər verir ki, bu barədə Avstraliyanın keçmiş müdafiə və xarici işlər naziri, həmçinin ölkənin Vaşinqtondakı sabiq səfiri Dennis Riçardson “Bloomberg” agentliyinə verdiyi müsahibəsində bildirib.
“İran hərbi məğlubiyyətə uğrayıb, lakin hərbi cəhətdən uduzub, eyni zamanda strateji qələbə qazanmaq da mümkündür”, - deyə Riçardson qeyd edib.
O, həmçinin vurğulayıb ki, ABŞ-nin İrana qarşı müharibədə strateji qələbə qazanması Qərb ölkələrinin maraqlarına uyğundur. Riçardsonun sözlərinə görə, münaqişədə ABŞ-nin mövqeyi zərər çəksə də, İran da itkilərə məruz qalıb.
“Bu gün İranın Yaxın Şərqdə öz gücünü nümayiş etdirmək imkanları iki il əvvəlkindən daha azdır. Onun iki terrorçu qanadı - HƏMAS və “Hizbullah” əhəmiyyətli dərəcədə zəifləyib. Bu, müsbət haldır”, - deyə o əlavə edib.
QAZİLER.AZ



