Almaniyanın müdafiə naziri Pistorius Ukraynaya sursat üçün 300 milyon avro ayrıldığını açıqlayıb.
Almaniya hökuməti Çexiya təşəbbüsünün bir hissəsi olaraq Ukraynaya əlavə 300 milyon avro ayıracaq.
Qaziler.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun almaniyalı həmkarı Boris Pistorius Çexiya müdafiə naziri Yaromir Zuna ilə görüşdən sonra Berlində keçirilən birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəsait Ukrayna Silahlı Qüvvələrinə 50.000 uzaqmənzilli mərmi almağa imkan verəcək.
Bu həftənin əvvəlində Avropa Birliyi xarici işlər naziri Kaja Kallas Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə yeni Aİ kreditindən 5,9 milyard avroluq ilk tranşın iyun ayında Kiyevə köçürüləcəyini açıqladı.
Vəsait döyüş dronlarının alınmasına istifadə olunacaq.
QAZİLER.AZ



