AB hansı məhdudiyyətlər hazırlayıb?
Ukraynaya qarşı döyüşən rusiyalılar artıq Avropa Birliyi ölkələrinə daxil ola bilməyəcəklər. Qadağa Aİ tərəfindən bu gün təklif edilən yeni 21-ci sanksiya paketinə daxildir.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.
21-ci sanksiya paketinə nələr daxildir?
Avropa Komissiyası Rusiyaya qarşı bir neçə əsas sahəni əhatə edən yeni məhdudiyyətlər paketi təklif edib: enerji, maliyyə xidmətləri, kriptovalyuta, ticarət və ilk dəfə olaraq balıqçılıq.
"Bu gün biz 21-ci sanksiya paketini təklif edirik. Biz ən böyük təsir göstərən sektorlara, yəni enerji, maliyyə xidmətləri və kriptovalyuta, ticarətə diqqət yetiririk və bu dəfə ilk dəfə balıqçılıq sahələri də daxil edilib. Biz həmçinin keçmiş rusiyalı döyüşçülərin Avropa Birliyinə daxil olmasını qadağan edirik", - fon der Leyen bildirib.
QAZİLER.AZ



