Konqoda Eboladan ölənlərin sayı 101-ə çatıb

Konqoda Eboladan ölənlərin sayı 101-ə çatıb backend

Konqo Demokratik Respublikasının (KDR) səhiyyə qurumları Ebola virusuna yoluxma hallarının kəskin artması barədə məlumat yayıb.

Qaziler.az xarici mediaya istrinadla xəbər verir ki, ölkənin şərq bölgələrində epidemiyanın yayılması fonunda təsdiqlənmiş yoluxma halları 550-yə, həyatını itirənlərin sayı isə 101 nəfərə çatıb.

Bazar ertəsi dərc olunan son epidemioloji hesabata əsasən, təkcə bazar günü İturi və Şimali Kivu əyalətlərində 35 yeni təsdiqlənmiş yoluxma və 10 ölüm halı qeydə alınıb. Eyni dövr ərzində daha 7 pasiyent sağalıb və bununla da sağalanların ümumi sayı 19 nəfərə yüksəlib.

Son göstəricilər qeydə alınan halların sayında cüzi azalmaya işarə etsə də, mütəxəssislər epidemiyanın sürətlənməyə davam etdiyi barədə xəbərdarlıq ediblər. Ekspertlərin fikrincə, bu görünən yavaşlama virusun ötürülmə səviyyəsinin real olaraq aşağı düşməsi ilə deyil, laboratoriya müayinələrinin aparılmasında və məlumatların işlənməsində yaranan gecikmələrlə bağlı ola bilər.

QAZİLER.AZ