Yaponiyada ayıya görə 100-ə yaxın məktəb bağlanıb

Yaponiyada ayıya görə 100-ə yaxın  məktəb bağlanıb backend

Yaponiyanın Utsunomiya şəhərində bir neçə gündür küçələrdə insanları qorxudan ayıya görə 100-ə yaxın məktəb bağlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə iyunun 9-da "The Guardian" qəzeti məlumat yayıb.

"Tokiodan təxminən 100 km şimalda yerləşən və yarım milyon əhalisi olan Utsunomiya şəhərinin hakimiyyət orqanları, şənbə günü şəhərdəki parkın yaxınlığında Himalay ayısı görüldükdən sonra tədbirlər görüb. Şəhərdəki bütün 94 ibtidai və orta məktəblər bağlanıb", - deyə xəbərdə bildirilib.

Materialın müəllifləri dəqiqləşdiriblər ki, artıq bir neçə gündür ardıcıl olaraq şəhərin müxtəlif yerlərindəki müşahidə kameraları ayını qeydə alır. Həmçinin qeyd olunur ki, bu il Yaponiyada ayıların görülməsi ilə bağlı rekord sayda - təxminən 50 min hadisə qeydə alınıb. Onların əksəriyyəti ölkənin şimal-şərqində cəmləşib.

Sonradan Yaponiyanın "Asahi" qəzeti ayının tutulduğu barədə məlumat yayıb. Heyvan evlərdən birinin həyətində gizlənərkən baytarlar ona sakitləşdirici güllə (trankvilizator) atıblar. Heyvan şəhər hüdudlarından kənara çıxarılıb.

QAZİLER.AZ