41 yaşlı pop ifaçısı Keti Perri hisslərini cilovlaya bilməyib və sevgilisi, Kanadanın keçmiş baş naziri Castin Trüdoya olan sevgisini kütləvi şəkildə etiraf edib.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, cütlük ilk dəfə rəsmi olaraq ictimaiyyət qarşısına birgə çıxaraq Nyu-Yorkda keçirilən 25-ci illik "Tribeca Festival" kino festivalının qırmızı xalçasında boy göstəriblər.
Trüdo Manhettenə müğənninin yeni sənədli konsert filmi olan "Katy Perry The Lifetimes Tour - Live From Paris"in qapalı premyera nümayişində ona dəstək olmaq üçün gəlib.
Ulduz cütlüyün romanı haqqında şayiələr hələ ötən ildən mətbuatda yayılmağa başlasa da, onlar bu günə qədər kameraların qarşısına birlikdə çıxmaqdan yayınıblar.
QAZİLER.AZ



