İsrail "Hizbullah" hədəflərinə qarşı yeni hava hücumları ilə bağlı xəbərdarlıq etdi

İsrail "Hizbullah" hədəflərinə qarşı yeni hava hücumları ilə bağlı xəbərdarlıq etdi backend

İsrail ordusu Livanın cənubundakı Tir şəhərinin sakinlərini  "Hizbullah" hədəflərinə qarşı hava hücumları ilə bağlı xəbərdarlıq edilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ordu sözçüsü Avixaya Edrinin sözlərinə görə, sakinlərə zərbə endirilə biləcək əraziləri dərhal tərk etmələri tövsiyə edilib.

X sosial media hesabında ərəb dilində dərc olunmuş məlumatda o, həmçinin şəhərin köhnə xristian məhəlləsindən də bəhs edərək, yaraqlıların orada da yerləşə biləcəyini bildirib.

Edri bildirib ki, İDF Hizbullah infrastrukturuna qarşı tədbirlər planlaşdırır və yaraqlılar tərəfindən istifadə edilən istənilən bina hədəfə alına bilər. Sakinlərə Zəhrani çayının şimal sahilinə doğru təxliyə edilmələri tövsiyə edilib, çayın cənubundakı hər hansı bir hərəkət potensial təhlükəli hesab olunur.

İsrail tərəfinin məlumatına görə, zərbələr təkcə 130 mindən çox insanın yaşadığı Tir şəhərinin özünə deyil, həm də onun ətraf ərazilərinə, eləcə də Fələstin qaçqın düşərgələri olan Burj əl-Şimali, Rəşidiyyə və Əl-Bass şəhərlərinə də təsir göstərə bilər.

QAZİLER.AZ