"Ortaq Aİ ordusunun yaradılması qarışıqlığa səbəb olacaq"
Avropa İttifaqında (Aİ) paralel ordunun yaradılması funksiyaların təkrarlanmasına və məsuliyyətlərin bölüşdürülməsində qarışıqlığa səbəb ola bilər.
Qaziler.az bildirir ki, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bunu 8 iyunda Aİ müdafiə nazirlərinin Kiprdə keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
"Əlavə bir ordu yaratmağın tərəfdarı deyiləm, çünki hər bir üzv dövlətin öz ordusu var. Daha bir ordu da yarada bilməzsiniz, sadəcə paralel bir struktur yarada bilərsiniz. Buna görə də qarışıqlığa səbəb ola biləcək strukturlar yaratmaqdan çəkinməyimiz vacibdir", - o, Avropa xarici əlaqələr xidmətinin saytında dərc olunmuş açıqlamada bildirib.
QAZİLER.AZ



