Təyyarələr BƏƏ-yə uçuşlara məhdudiyyətlərlə davam edəcək

Təyyarələr BƏƏ-yə uçuşlara məhdudiyyətlərlə davam edəcək backend

Birləşmiş Ərəb Əmirlikləri hava məkanında uçuş məhdudiyyətlərini 23 iyun tarixinə qədər uzadıb.

Qaziler.az-ın xəbərinə görə, Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə TASS-a bildirib ki, BƏƏ öz hava məkanında uçuş məhdudiyyətlərini 23 iyuna qədər uzadıb.

Ərəb ölkəsinin hava limanlarına və hava limanlarından uçuşlar üçün altı dəhliz ayrılıb.

"Daha əvvəl tətbiq edilən məhdudiyyətlər 23 iyun axşamına qədər qüvvədə qalacaq", - məlumatda deyilir.

İran əvvəllər hava limanlarında bütün uçuşları ləğv etmişdi. Bu qərar İsrailin hücumları və hava məkanının qismən bağlanmasından sonra verilib.

QAZİLER.AZ