Litva Kalininqrad vilayəti yaxınlığında könüllü qüvvələr təlimlərinə başlayıb.
Litva 8-14 iyun tarixlərində Kalininqrad vilayəti yaxınlığında könüllü qüvvə təlimlərinə başlayıb.
Qaziler.az bildirir ki, bu barədə LRT xəbər agentliyi məlumat verib.
"Litva Könüllü Qüvvələrinin 2-ci Dəstəsinə daxil olan Kaunas, Şakyayski, Kazlų-Rudski, Mariampolski, Vilkaviškis və Prienai bələdiyyələrində hərbçilər real şəraitdə döyüş əməliyyatları üçün təlim keçəcəklər", - açıqlamada deyilir.
Təlimlər həm gündüz, həm də gecə saatlarında, təxminən 1000 hərbçinin iştirakı ilə keçiriləcək.
QAZİLER.AZ



