Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib backend

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etdiyinə görə iki İran vətəndaşına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinə qarşı sanksiyalar tətbiq edib.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) bəyanatında qeyd olunub.

Sanksiya siyahısına SEPAH-ın Hörmüzgan əyalətinin Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib.

Məlumatda bildirilib ki, Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini, Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir.