İyunun 8-də axşam saatlarında Kamçatkadakı Şiveluç vulkanından güclü kül püskürməsi qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti "Maks" messencerində məlumat yayıb.
Kamçatka Vulkan Püskürmələrinə Cavab Qrupunun məlumatına görə, kül sütunu dəniz səviyyəsindən 10 kilometr hündürlüyə qədər qalxıb. Kül dumanı yarımadanın daxilinə doğru, şimal-qərb istiqamətində yayılıb. Vulkanın özü isə 3283 metr hündürlükdə yerləşdir.
Yaşayış məntəqələrində külün yağması qeydə alınmayıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, küləyin istiqaməti dəyişərsə, Ust-Kamçatsk, Milkovo və Bıstrinski dairələrinin ərazilərinə az miqdarda kül düşə bilər.
QAZİLER.AZ



