Tramp İranı xüsusi təyinatlılarla hədələdi

Tramp İranı xüsusi təyinatlılarla  hədələdi backend

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehranla danışıqlar uğursuz olacağı təqdirdə, Amerika komandanlığı İrandan gələn təhdidlərə qarşı ölkə ərazisinə xüsusi təyinatlıların reydini təşkil edə və İran limanlarının blokadasını saxlaya bilər.

Qaziler.az xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"İki variant var: birincisi, biz, çox güman ki, əraziyə daxil olacağıq və ordumuzun bu vaxta qədər etmədiyini edəcəyik. Bu, İranın blokadasını saxlayacağıq deməkdir. Çünki blokada, İrana qarşı indiyədək edilmiş hər hansı bir hücumdan daha güclü bir şeydir", - deyə Tramp müsahibəsində qeyd edib.

Prezident həmçinin vurğulayıb ki, Vaşinqtonla Tehran arasında mümkün razılaşma barədə danışıqlar davam edir və Amerika hakimiyyəti hazırda onların perspektivlərini qiymətləndirir.

Qeyd edək ki, iyunun 7-də İran, İsrailin Livana zərbələrindən sonra bu ölkəyə bir sıra raket zərbələri endirib. İsrail Müdafiə Ordusunun məlumatına görə, bütün raketlər hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.  

QAZİLER.AZ