ÜST rəhbəri Ebola epidemiyasının yayıldığı Uqandaya gedib

ÜST rəhbəri Ebola epidemiyasının yayıldığı Uqandaya gedib backend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Ebola epidemiyasının yayıldığı Uqandaya gedib.

Qaziler.az xəbər verir ki, bu barədə ÜST rəhbəri “X” sosial şəbəkəsində yazıb.

Qebreyesus qeyd edib ki, ÜST ilə əməkdaşlıq sayəsində epidemiyanı nəzarətə götürmək mümkündür.

“Sərhədlərdəki yoxlamalar qonşu Konqo Demokratik Respublikasından (KDR) gələn insanlar arasında xəstəlik hallarının aşkar edilməsinə kömək edib. Hazırda təsdiqlənmiş 19 haldan 14-ü KDR-dən gələn şəxslər arasında, beşi isə Uqanda vətəndaşları arasında aşkar edilib. Təəssüf ki, KDR-dən olan iki nəfər dünyasını dəyişib", - deyə o bildirib.

Konqo və Uqandada Ebola epidemiyasının yayılması mayın əvvəlindən məlumdur. Konqo rəsmiləri yoluxma hallarının artmasını hazırda peyvəndi və dərmanı olmayan Bundibuqio ştamı ilə izah ediblər. ÜST bu epidemiyanı beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb. Təşkilatın qiymətləndirməsinə görə, peyvəndin hazırlanmasına 6-9 ay vaxt lazım ola bilər.

QAZİLER.AZ