Hindistanın Tehrandakı səfirliyi İslam Respublikasındakı vətəndaşlarına diplomatik nümayəndəliklə razılaşdırılmış marşrutlarla ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Qaziler.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Hazırda İranda olan Hindistan vətəndaşlarına mövcud nəqliyyat növlərindən istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunur", - deyə diplomatik nümayəndəliyin saytında dərc olunmuş müraciətdə bildirilir.
Hindistanın Tehrandakı səfirliyi, həmçinin İsrailin İslam Respublikası ərazisinə təşkil etdiyi raket hücumları səbəbindən vətəndaşlarına təhlükəsizlik mülahizələrinə görə İrana bütün növ səfərlərdən imtina etmək zərurətini xatırladıb.
QAZİLER.AZ



