Cənubi Osetiya hökuməti sədr Dzambolat Tadtayevin vəzifəsindən getməsi ilə əlaqədar istefa verib.
Qaziler.az xəbər verir ki, bu barədə iyunun 8-də respublika prezidenti Alan Qaqloyevin mətbuat xidməti məlumat yayıb.
"İclas zamanı hökumət sədri Dzambolat Tadtayev istefa barədə şəxsi ərizə ilə çıxış edib. Prezident onun qərarını qəbul edib və görülən işlərə görə təşəkkürünü bildirib", - deyə Cənubi Osetiya prezidentinin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Tadtayevin istefasından sonra hökumət başçısının vəzifələrini icra edəcək şəxs qismində sədrin birinci müavini Konstantin Cioyev təyin edilib.
Hökumət parlament tərəfindən yeni baş nazir təsdiqlənənə qədər tam tərkibdə fəaliyyətini davam etdirəcək.
Qaqloyevin sözlərinə görə, respublika hökumətinin yeni sədri postuna namizəd Cənubi Osetiya prezidentinin dövlət müşaviri olan Marat Kambolov olacaq.
QAZİLER.AZ



