İsrail Livan və İranın hücumlara sərt cavab verəcəyinə söz verdi

İsrail Livan və İranın hücumlara sərt cavab verəcəyinə söz verdi backend

İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman bildirib ki, ölkəyə qarşı Livan və İrandan zərbələr endiriləcəyi təqdirdə, İsrail buna sərt cavab vermək niyyətindədir.

Qaziler.az bu barədə “The Times of İsrael” nəşrinə istinadla xəbər verir.

"İrandan atılan hər bir atəş güclü cavab alacaq. Livandan edilən hər bir atəş isə Dahiyəyə zərbə ilə nəticələnəcək", - deyə Netanyahunun müşaviri bazar ertəsi özünün teleqram kanalında yazıb.

Daha əvvəl nəşr məlumat yaymışdı ki, İsrail Müdafiə Ordusu (SAXAL) bazar ertəsi İrandan İsrailə atılan daha bir ballistik raket dalğasını qeydə alıb.

Bundan qısa müddət sonra İsrailin şimalında və Qolan təpələrində hava həyəcanı siqnalları səslənib. Həmçinin İran raketlərinin İsrailin mərkəzi rayonlarını hədəf aldığı bildirilib.

Qeyd edək ki, iyunun 7-də İran İsrailə bir sıra raket zərbələri endirib. SAXAL-ın məlumatına görə, bütün raketlər hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.

QAZİLER.AZ