Lyayen Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdi - FOTO 

Lyayen Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdi - FOTO  backend

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun "Mülki Müqavilə" partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Sizi seçkilərdəki qələbəniz münasibətilə təbrik edirik! 2018-ci ildə rəhbərlik etdiyiniz “Məxməri İnqilab”ın ruhu yaşayır və var olmaqdadır. Avropaya getdikcə daha çox yaxınlaşan demokratik Ermənistanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk", - deyə fon der Lyayen yazıb.

O, həmçinin əmin edib ki, Ermənistan Avropa İttifaqının dəstəyinə güvənə bilər.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bir çox ekspertlərin qiymətləndirmələrinə görə, bu seçkilər ölkənin yaxın bir neçə il üçün geosiyasi kursunu müəyyən edə bilər. Deputat mandatları uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyası toplanan nəticələrlə irəlidədir.

QAZİLER.AZ