Bir sıra ölkələr İran və İsrailin zərbələrinə görə hava məkanını bağladı

Bir sıra ölkələr İran və İsrailin zərbələrinə görə hava məkanını  bağladı backend

İran, İraq və Suriya üzərindəki hava məkanı tamamilə bağlanıb.

Qaziler.az xəbər verir ki, “RİA Novosti” "Flightradar 24" portalının məlumatlarına istinadən xəbər dərc edib.

Belə ki, İsrail və İran arasında qarşılıqlı zərbələr səbəbindən hava məkanının müvəqqəti bağlanmasını elan edən İran, İraq və Suriya səmalarında hazırda heç bir hava gəmisi yoxdur.

Eyni zamanda, hava məkanını bağladığını elan edən İsraildən hazırda üç təyyarə, o cümlədən Budapeşt və Afinaya doğru uçuşlar həyata keçirir.

Daha bir layner Hayfadan Eylata doğru uçur, lakin təyyarələrin böyük sıxlığının qeydə alındığı İordaniyanın hava məkanına yaxın hərəkət edir.

Agentlik yazır ki, 8 iyun gecəsi İrandan İsrailə doğru raketlərin buraxılmasından sonra İraq hakimiyyəti ölkənin hava məkanının üç günlük bağlanacağını elan edib.

Suriya isə Dəməşq səmalarında İran raketlərinin vurulması nəticəsində baş verən partlayışlar da daxil olmaqla, müəyyən səbəblərdən Dəməşq hava limanının 12 saat ərzində reysləri qəbul etməyəcəyini və yola salmayacağını bəyan edib.

QAZİLER.AZ