ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib.
Qaziler.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.
"Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin. Deyərdim ki, gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü saziş imzalanacaq", - deyə o əlavə edib.
Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazı olduğunu bildirib.
Bundan başqa, ABŞ Prezidenti ümid etdiyini bildirib ki, İsrail ilə İran arasında gərginlik Tehranla Vaşinqton arasında mümkün razılaşmanı pozmayacaq:
"İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun dağılmasını istəmirəm".
Report.az



