ABŞ Prezidenti Donal Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə hər mövzuda həmfikir olmadığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri "NBC" telekanalına müsahibəsində danışıb.
Tramp fikir ayrılıqlarına baxmayaraq, İsrail hökumətinin rəhbəri ilə yaxşı münasibətdə olduğunu qeyd edib.
"Mən bir neçə məsələdə onunla razı deyiləm. Mən Livanın daha yaxşı bir həyata sahib olmasını istərdim", - deyə prezident bildirib.
Tramp əlavə edib ki, Livanın şiə hərəkatı "Hizbullah"a qarşı daha dəqiq zərbələrin endirilməsini görmək istərdi. O, ABŞ-nin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan edib və ya İsrailə Suriyaya müraciət etməyi tövsiyə edib.
QAZİLER.AZ



