Son 24 saat ərzində ölkənin cənub bölgələrində İsrailin hava hücumları zamanı azı 35 livanlı ölüb, daha 120 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri ölən mülki şəxslərin ümumi sayı 3593-ə çatıb, 10990 nəfər yaralanıb", - məlumatda deyilir.



