Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqlayıb

Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqlayıb backend

Monteneqronun 2028-ci ilə qədər Avropa Birliyinin tamhüquqlu üzvü olmaq üçün bütün şansları var.

Həm ölkə rəhbərliyi, həm də Brüsseldəki yüksək vəzifəli şəxslər bu məqsədin tamamilə mümkün olduğunu etiraf ediblər.

Qaziler.az bildirir ki, bu barədə  RTCG məlumat yayıb.

Tivat Zirvə Görüşündən sonra Avropa Şurasının prezidenti António Coşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Monteneqro prezidenti Yakov Milatoviç Monteneqronun Avropa inteqrasiya prosesinə sadiqliyini bir daha təsdiqlədilər.

Monteneqro üçün 2028-ci ildə üzvlük əsas milli layihəyə çevrilib.

"Mən tam əminəm ki, bu məqsəd realdır və əldə edilə bilər. Üç il əvvəl prezident seçildiyimdən bəri, məqsədin 2028-ci ilə qədər üzvlük olduğunu açıq şəkildə bildirmişəm", - Milatoviç deyib.

QAZİLER.AZ