Makron Zelenskinin Putinə məktubundan danışdı

Makron Zelenskinin Putinə məktubundan danışdı backend

Fransa lideri hər şeyi dəyişə biləcək ideyanı dəstəkləyib

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə açıq məktubunu dəstəkləyib. Fransa lideri təşəbbüslə həmrəy olduğunu bildirdi və Kiyevlə Kreml arasında birbaşa dialoqun bərpa olunmasını müdafiə etdi.

Qaziler.az bildirir ki, "RBC-Ukrayna"-nın məlumatına görə, Emmanuel Makron bu açıqlamanı Monteneqroda keçirilən Aİ-Qərbi Balkan sammitdən kənar çıxışda deyib.

Ukraynanın sülh təşəbbüslərinə münasibət bildirən Makron vurğulayıb ki, Ukrayna prezidentinin müraciətini münaqişənin həlli istiqamətində doğru addım hesab edir.

Onun sözlərinə görə, nəticə əldə etməyin yeganə yolu tərəflər arasında birbaşa dialoqdur.

QAZİLER.AZ