Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub backend

Rusiya və Ukrayna "185-in 185-ə" formulu üzrə hərbi əsir mübadiləsi aparıblar.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, usiyalı hərbi qulluqçuların əsirlikdən qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçilik səyləri göstərib.

Mübadilə nəticəsində geri qaytarılan rusiyalı hərbi qulluqçular hazırda Belarusdadırlar, ombudsman Lantratova onlarla maraqlanır.

QAZİLER.AZ