Ermənistan de-fakto artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir.
Qaziler.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə iyunun 5-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində açıqlama verib.
"Ermənistan artıq kifayət qədər uzun müddətdir ki, KTMT-nin işində faktiki olaraq, de-fakto iştirak etmir", - deyə Kremlin rəsmi nümayəndəsi bəyan edib.
O, həmçinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) diqqət yetirməyin İrəvan üçün daha əhəmiyyətli və faydalı bir yol olduğuna əminliyini ifadə edib. Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin mövqeyini xatırladaraq bildirib ki, Moskva üçün ermənilərin xeyrinə olan hər şey yaxşıdır.
QAZİLER.AZ



