Milyarder mirasını övladlarına verməmək üçün dövlətdən tələbi var

Milyarder mirasını övladlarına verməmək üçün dövlətdən tələbi var backend

Fransız milyarder Pyer-Eduar Steren beş uşağının onun 1,4 milyard avroluq sərvətindən bir qəpik də almaması üçün Fransanın vərəsəlik qanunlarını dəyişdirməyə çalışdığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Media orqanlarının yazdığına görə, "Smartbox" şirkəti sayəsində zənginləşən 52 yaşlı biznesmen hazırda Belçikada yaşayır. Fransa Senatındakı çıxışı zamanı o, mirasın "uşaqları korladığını" düşündüyünü bildirib.

"Mən uşaqlarımı məhv etmək istəmirəm. Onlara bir qəpik də vermək niyyətim yoxdur. Əsl azadlıq həyata sıfırdan başlamaqdır", - deyə sahibkar şərh verib.

Lakin Fransa qanunvericiliyi uşaqları mirasdan sadəcə olaraq məhrum etməyə icazə vermir. Napoleon Məcəlləsinə görə, uşaqlar "məcburi vərəsə" hesab olunurlar. Əgər şəxsin üç və ya daha çox uşağı varsa, sərvətin ən azı 75%-i avtomatik olaraq onlara keçməlidir.

Steren bu cür qanunun şəxsi azadlığın məhdudlaşdırılması olduğunu qeyd edib və öz pullarını tamamilə müstəqil şəkildə idarə etmək - məsələn, hamısını xeyriyyəçiliyə vermək hüququna sahib olmaq istədiyini bildirib.

QAZİLER.AZ