Pilotsuz təyyarə hücumu nəticəsində baş verdiyi iddia edilən partlayışdan sonra Maskat yaxınlığındakı Mina əl-Fəhal ixrac terminalında neft yükləməsi dayandırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İki mənbənin verdiyi məlumata görə, hadisə Mina əl-Fahal liman terminalında qeydə alınıb. Dron hücumu nəticəsində partlayış baş verib, bundan sonra neftin yüklənməsi müvəqqəti olaraq dayandırılıb.
"Partlayışdan sonra orada neftin yüklənməsi dayandırılıb", - mənbələr təsdiqləyib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarəti ələ keçirməyə cəhd edəcəyi təqdirdə Omanı darmadağın edəcəyi ilə hədələyib.
QAZİLER.AZ



