Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında bu yay görüşün baş tutması ehtimalı 50%-dir.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Nəzəri cəhətdən 50%: ya olacaq, ya da olmayacaq", — deyə Kremlin nümayəndəsi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində qeyd edib.
ABŞ Prezidenti bu il Rusiyaya səfər edə biləcəyini istisna etməyib. Tramp hesab edir ki, bu səfər Ukraynada sülhün bərqərar olmasına kömək edə bilər.
QAZİLER.AZ



