İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Qaziler.az xəbər verir ki, bu barədə "RBK-Ukraine" Kiyev polisinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.
"Hadisə nəticəsində 59 yaşlı kişi həlak olub, 37 və 41 yaşlarında daha iki nəfər isə yaralanıb", - Kiyev polisinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Qurumun məlumatına görə, hazırda partlayışın səbəbləri araşdırılır, istintaq-əməliyyat qrupu, xilasedicilər və həkimlər hadisə yerindədir.



