Stubb Aİ-ni 27 ölkədən 40 ölkəyə qədər genişləndirməyi təklif etdi

Stubb Aİ-ni 27 ölkədən 40 ölkəyə qədər genişləndirməyi  təklif etdi backend

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) üzv ölkələrinin sayını 27-dən 40-a çatdırmağı təklif edib, həmçinin Kanadanı bura daxil olmağa çağırıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini CNBC telekanalı dərc edib.

"Kanadanın ABŞ-nin 51-ci ştatı olmaqdansa, Aİ-nin 28-ci dövləti olması möhtəşəm olmazdımı?" - deyə o bildirib.

Stubb hesab edir ki, Avropa İttifaqı "böyük düşünməli" və beynəlxalq arenada özünü göstərməlidir.

Aİ-yə daxil olmaq üçün potensial namizədlər arasında o, Türkiyəni, keçmiş Yuqoslaviya ölkələrini, Albaniyanı, Norveçi, İslandiyanı, Ukraynanı, Moldovanı və Gürcüstanı qeyd edib.

QAZİLER.AZ